Hakan Fidandan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib.
“turaninsesi.az” xəbər verir ki, o, bu barədə “CNN Türk”-ə müsahibəsində deyib.
Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir.
O bildirib ki, terrorçular Suriya, İraq üçün təhdiddir.
Diplomatın sözlərinə görə, Türkiyə terrorçuların ərazini tərk etməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib: “Əgər terrorçular ölkəni tərk etməsələr, hərbi əməliyyata başlaya bilərik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI