Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra məsuliyyətini anlayır.

turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Suriya ilə bağlı rəsmi Ankaranın iki əsas məsələsi var: “Bunlardan biricinsi suriyalı qardaşlarımızın vəziyyətidir. İkincisi isə PKK-nın varlığına son qoyulmasıdır. Suriyaya səfərim zamanı bu məsələləri müzakirə etdik. Əhməd əş-Şəra rasional siyasətçidir. Ona ümidim var”.

H.Fidan qeyd edib ki, Suriyanın adı bundan sonra da Suriya Ərəb Cümhuriyyəti olaraq qalacaq.

Nazirin sözlərinə görə, Suriya üçün bir nömrəli prioritet vəzifə ən qısa zamanda həm xalqa xidmət edəcək, həm də beynəlxalq əlaqələri quracaq hökumətin qurulmasıdır: “Əsas məsələlərdən biri də ölkənin bərpasıdır. Ciddi addımların atılmasına ehtiyac var”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI