Hakan Fidan Abbas Əraqçi ilə danışdı: “Riskli hərəkətlərdən çəkinin”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı Hakan Fidan, İrandan atılan və Türkiyə hava məkanına doğru hərəkət etdiyi müəyyənləşdirilən balistik raketin  neytrallaşdırılmasına dair Türkiyənin mövqeyini çatdırıb.

H.Fidan hər hansı bir addımın münaqişənin yayılmasına səbəb ola biləcəyini qeyd edərək, belə riskli hərəkətlərdən çəkinilməsinin vacib olduğunu vurğulayıb.

Arzu Paşaqızı