Hərbçilərin məzuniyyəti ləğv edildi: İran-İsrail müharibəsi başlayır

Xəbər verdiyimiz kimi, İsrailin aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına həyata keçirdiyi hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hadisədən sonra Tehranın qisas bəyanatları artıb, İsrail və ABŞ-ın bölgədəki qüvvələri təşvişə düşüb. 

Turanın səsi ” ABŞ-ın “New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, İran rəsmilərinin sözlərinə görə, Tehran birbaşa İsrailə hücum etmək qərarına gəlib.

Amerika mətbuatına açıqlama verən ABŞ rəsmiləri də İranın hücumunun qaçılmaz olduğunu və bunun dəstəklədiyi qruplar vasitəsilə deyil, birbaşa Tehrandan gələcəyinə inandıqlarını bildiriblər. Vaşinqton və Təl-Əviv hökumətləri ABŞ və İsrailin aktivlərinin və personalının hədəfə alınma riski altında olduğunu gözləyirlər. Amerika kəşfiyyatının məlumatına görə, İran Ramazan bayramına qədər İsrailin diplomatik nümayəndəliklərini kamikadze pilotsuz təyyarələr və qanadlı raketlərlə hədəfə alacaq.

İsrail ərazisinə qarşı hər hansı cavab tədbiri, ehtimal ki, mülki şəxslərdən çox hərbi və ya kəşfiyyat hədəflərinə yönələcək. Tehrana “Yaxın Şərqdə gərginliyi daha da artırmamaq üçün Amerika bazalarına və strukturlarına hücum etməmək” barədə xəbərdarlıq edən Vaşinqton hər ehtimala qarşı bölgədə yüksək hazırlıq vəziyyətindədir.

Tehrandan gələn təhdidlərdən dərhal sonra İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, hərbçilərin bütün məzuniyyətləri ləğv edilib və əlavə hava hücumundan müdafiə bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. Hərbi sayıqlığa baxmayaraq, hakimiyyət orqanlarının ictimaiyyətə “çaxnaşmaya ehtiyac yoxdur” açıqlamaları effektli olmur. İsraillilər generatorlar, ərzaq və nağd pul yığmağa başlayıbar.  İsrail mətbuatına danışan bazar zəncirinin sahibləri su və generator ehtiyatlarının qısa müddətdə tükəndiyini, bəzi bölgələrdəki bələdiyyələrin isə sakinləri “hər cür ssenariyə hazır olmağa” çağırdığını bildirib.

NYT yazır ki, ordunun “bəzi təhdidləri neytrallaşdırmaq üçün” bölgədəki GPS siqnallarını işlək olmayan vəziyyətə gətirməsi çaxnaşmanı daha da artırıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir