Gürcüstanda zəlzələ olub
Gürcüstanın qərbində – Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 19.33-də qeydə alınan yeraltı təkanların ocağı 4,96 km dərinlikdə olub.
Dağıntılar barədə məlumat verilməyib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI