Gürcüstan Ukraynadan qovulan səfiri ilə Saakaşvili barədə məsləhətləşmə aparmayacaq

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, Tbilisi Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilmiş Kiyevdəki səfiri Giorgi Zakaraşvili ilə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barədə heç bir məsləhətləşmə aparmayacaq.

Bu barədə “Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir.

“Gürcüstan Xarici İşlər Nazirliyi səfirlə hər hansı məsləhətləşmələr aparmağı planlaşdırmır”, – Darçiaşvili bildirib.

Onun sözlərinə görə, səfir artıq Ukrayna ərazisini tərk edib və Gürcüstana yollanıb.

Bir gün əvvəl Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilən Zakaraşvili iyulun 6-da, cümə axşamı günü Ukraynanı tərk edəcəyini bildirmişdi.

Bundan əvvəl Darçiaşvili bildirib ki, Ukrayna hakimiyyətinin Saakaşvili ətrafında yaranmış vəziyyətlə əlaqədar məsləhətləşmələr üçün ölkəni tərk etmək tövsiyəsindən sonra Zakaraşvili tezliklə Tbilisiyə qayıdacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir