Gürcüstan səfiri Ukraynanı tərk edib

Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili Ukrayna ərazisini tərk edib.

Turanın səsi ” xəbər verir ki, məlumatı Ukrayna KİV-i yayıb.

Qeyd edək ki, rəsmi Kiyev Gürcüstanın keçmiş Prezidenti, Ukrayna vətəndaşı, hazırda həbsdə olan Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar rəsmi Tbilisiyə müraciət etmişdi. Onun Ukraynada müalicə olunması istənilmişdi. Gürcüstan hökuməti isə M.Saakaşvilinin həbs müddətinin ölkə ərazisində başa vuracağı cavabını vermişdi.

Xatırladaq ki, Ukrayna Gürcüstanın “Georgian Airways” hava yolları şirkətinə də sanksiya tətbiq edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir