Günəşdə “qara emissiya” – Təhlükəsi yoxdur

Günəşdə “qara emissiya” qeydə alınıb. Alimlərin fikrincə, bu fenomen çox nadir və eyni zamanda, estetik cəhətdən çox gözəldir. Tədqiqatçılar onu təxminən 3 saat müşahidə ediblər.

turaninsesi.az” xəbər verir ki, Günəşdən atılan isti qara qaz emissiyasının Yerə heç bir təsiri olmayacaq. Bu barədə astronom Vladimir Naumov məlumat verib. O, neytral hidrogenin Günəş işığının qarşısını aldığını və bu fenomenin qara görünməsinə səbəb olduğunu izah edib. Lakin bu maddə fotosferaya geri qayıdır. 

Astronomun fikrincə, bu hadisə insanlar üçün heç bir təhlükə (maqnit qasırğaları və s.) yaratmır:

O əlavə edib ki, Yerin maqnit sahəsi insanları belə emissiyaların və Günəş fəaliyyətinin digər nəticələrinin təsirindən qoruya bilir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI