Gümrüdə mer vəzifəsinə namizədin ofisində axtarış aparılır

Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə mer vəzifəsinə namizəd, “Şərəfim var” fraksiyasından parlament üzvü Martun Qriqoryanın da ofisində axtarışlar aparır.

turaninsesi.az“-ın məlumatına görə, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

“Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə “Ana Ermənistan” blokunun ofisində axtarış aparır, işimizə mane olurlar”, – deyə məlumatda deyilir.

Axtarışlar blokun təşkilati məsələlərlə məşğul olan üzvlərindən biri Ara Voskanyanın evində də aparılıb.

Fraksiya həyata keçirilən axtarışları şəhərin Ağsaqqallar Şurasına seçkidə iştirak edən müxalifət qüvvəsinə hakimiyyətin hücumu kimi qiymətləndirib.