Gülənin qaçırılma xəbəri təsdiqləndi: “Ağır vəziyyətdədir” – Qardaşı oğlu

Ölməyib, amma həqiqətən də ağır vəziyyətdədir, xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var. Onu qaçıranların məqsədi idarəçilik hüququnu özlərində saxlamaqdır. Hətta onu öz qardaşına da göstərmirlər.

Turanın səsi ” xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülənin ölümü, yaxud qaçırılması ilə bağlı yayılan xəbərlər haqda danışan qardaşı oğlu Əbusələmə Gülən “İstiqlal” qəzetinə açıqlamasında deyib.

FETÖ-nün çevriliş cəhdində əsas rolu olan qaçaq Adil Öksüzlə bağlı sualı cavablandıran Gülən bildirib:

“Adilin Almaniyada olduğunu təxmin edirəm. Onun Avropada olduğu dəqiqdir. Dəqiq desəm, mənim fikrimcə belədir. Məncə, onu avtomobil yolu ilə Gürcüstandan Avropaya keçirdilər”.

Qeyd edək ki, bir neçə gün öncə Gülənin qaçırıldığı haqda məlumat yayılmışdı.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir