GƏRGİN VƏZİYYƏT- İran ABŞ-a şərt qoydu: “Bunu etməsəz…”

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-la mümkün nüvə danışıqları barədə sərt açıqlama verib.
“turaninsesi.az” xəbər verir ki, nazir “Financial Times”qəzetinə müsahibəsində bildirib ki, Tehran Vaşinqtonla masa arxasına yalnız müəyyən şərtlər daxilində oturacaq.
“Danışıqların ortasında bizə hücum etdilər. Bizə real inam yaratma addımları – təzminat və təhlükəsizlik zəmanətləri lazımdır”, – deyə nazir vurğulayıb.
Əraqçının sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrana qarşı “sıfır zənginləşdirmə” tələbi ilə çıxış etdiyi müddətdə hər hansı razılaşma qeyri-mümkündür.
Nazir əlavə edib ki, İran hazırda Avropa ölkələri ilə də danışıqlara ehtiyac duymur: “Onlar nə sanksiyaları ləğv edə bilir, nə də bu istiqamətdə real təsir imkanına malikdirlər. Sanksiyalar yenidən bərpa edilərsə, bu, artıq başqa yolun olmadığını göstərir”.