G7-nin Ukraynaya dəstək üzrə öhdəlikləri 44 milyard dollaradollaradək artıb

“Böyük Yeddilik” (G7) ölkələrinin və onların tərəfdaşlarının Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərinin həcmi 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün 44 milyard ABŞ dolları təşkil edib.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin Yaponiyanın Niiqata şəhərində keçirilən görüşünün yekunlarına dair açıqlanan bəyanatda deyilir.

“Beynəlxalq ictimaiyyətlə birlikdə 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərimizi 44 milyard ABŞ dollarına qədər artırdıq ki, bu da bizə Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün 4 illik müddətə 15,6 milyard ABŞ dollardan çox məbləğdə proqramı təsdiq etməyə imkan verdi”, – bəyanatda bilirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir