Fransanın əksər departamentlərində istilərlə bağlı “narıncı” xəbərdarlıq elan edilib
Fransanın əksər departamentlərində istilərlə bağlı “narıncı” xəbərdarlıq elan edilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Meteo France” Milli Meteorologiya Xidməti məlumat yayıb.
Beləliklə, “narıncı” xəbərdarlıq səviyyəsinin elan edildiyi departamentlərin sayı 49-a yüksəlib.
Fransanın cənub rayonlarında havanın temperaturu avqustun 20-də 35-38 dərəcəyə çatacaq. Eyni zamanda, Rona vadisinin aşağı hissəsində 40 dərəcədən artıq isti gözlənilir.
Qeyd olunur ki, yüksək temperatur gələn həftənin ortalarına qədər davam edəcək.