Fransadan Şimali Kiprə qarşı təxribat
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyi Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların ölkənin hava məkanını pozaraq çox aşağı hündürlükdə uçma hərəkətlərini pisləyib.
“turaninsesi.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ŞKTR XİN 2017-ci ildə adanın yunan icması ilə Paris arasında bağlanmış müqaviləyə əsasən, Fransa hərbi təyyarələrinin Kiprin cənubunda yerləşdirildiyini xatırladıb.
Bəyanatda “Yunanıstan Kiprinin təhlükəsizliyinə təhdidlə bağlı yalanlar bəhanəsi ilə” müdafiə müqavilələri bağlanaraq adada gərginliyin artırılmasının yolverilməzliyi vurğulanıb.
“Biz bir daha bütün tərəfləri, xüsusən də Fransanı sağlam düşüncədən istifadə etməyə və regionda sabitliyi pozmağa yönəlmiş addımlardan imtina etməyə çağırırıq”, – ŞKTR-in Xarici İşlər Nazirliyi qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI