Fransa XİN: “Parlament palatalarının qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”
“Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir”.
“Turanın səsi” “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd olunub ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.
O, xarici işlər naziri Ketrin Kolonnanın Fransanın sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyi barədə bəyanatlarını xatırladıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09