Fransa genişmiqyaslı kiberhücuma uğrayıb

Fransanın bir çox dövlət qurumlarının onlayn resursları güclü kiberhücuma məruz qalıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən BFMTV kanalı məlumat yayıb.

Bildirilib ki, hücum bazar günü axşam başlayıb. Hazırda hakerlərin əməllərindən dəyən ziyan minimuma endirilib, dövlətin informasiya resurslarına çıxışı bərpa edilib.

Telekanalın məlumatına görə, dövlət qurumları DDoS hücumuna məruz qalıb ki, bu zaman internet resursuna çoxsaylı girişlər onun həddən artıq yüklənməsinə səbəb olur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir