Fransa Ermənistanı silahlandırır – Sabah saziş imzalanacaq
Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.
“Turanın səsi ” xəbər verir ki, bu açıqlama ilə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornu çıxış edib.
O qeyd edib ki, Paris və İrəvan oktyabrın 22-də hava hücumundan müdafiə sahəsində Fransa silahlarının tədarükü ilə bağlı sazişə imza atacaqlar.
Fransa müdafiə naziri əlavə edib ki, Fransanın Ermənistana tədarük edəcəyi sistemlər Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.