Fransa diplomatları daha bir ölkədən qovuldu
Burkina-Faso Xarici İşlər Nazirliyi üç fransız diplomatı “təxribatçı fəaliyyətinə görə” persona non-qrata elan edib. Onlardan ölkəni tərk etmək tələb olunub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Fransanın Uaqduqudakı səfirliyinə daxil olan notaya istinadən “Frans Press” (AFP) agentliyi məlumat yayıb.
Sənəddə deyilir: “Diplomatlar Burkina-Fasoda təxribat törətdiklərinə görə persona-non-qrata elan ediliblər”, – sənəddə deyilir.
Orada həmçinin qeyd edilir ki, üç diplomat “yaxın 48 saat ərzində Burkina Faso ərazisini tərk etməlidir”. AFP-nin məlumatına görə, üç diplomatdan ikisi siyasi məsləhətçi olub.