Finlandiyada Rusiyanın əmlakına həbs qoyulub

Finlandiya hakimiyyəti Avropa İttifaqının sanksiyalarına əsasən Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3,3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək və ya girov qoymağa icazə verilmir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir