Finlandiya Rusiyaya nota verdi

0

Finlandiya Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı diplomatik nümayəndəliyinin hasarına dəyən ziyanla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

turaninsesi.az” xəbər verir ki, Finlandiyanın Rusiyadakı səfiri Marja Liivalanın STT agentliyinə verdiyi məlumata görə, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində “Aland adaları bizimdir” yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb.

Liivala polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib. Dərc edilmiş fotoşəkillərə əsasən, yazı kərpic hasarın ən azı üçdə bir hissəsini tutur.

Səfirin sözlərinə görə, Finlandiya Xarici İşlər Nazirliyi bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir