Filippində güclü zəlzələ olub

Filippin sahillərində 5,6 maqnitudalı zəlzələ olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 105 min olan Mati şəhərindən 59 km cənub-şərqdə olub. Məlumata görə, zəlzələnin ocağı 72 km dərinlikdə yerləşib.

Zərərçəkmiş və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir