Fidan: İrandan köç dalğası olmayacaq
İrandakı vəziyyət Türkiyə vətəndaşlarının təxliyəsini tələb etməyəcək və ya miqrasiya dalğasına səbəb olmayacaq.
“turaninsesi.az ” xəbər vrir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“İrandakı hadisələrə cavab olaraq lazımi tədbirləri görürük. Bütün ölkələr və mümkün ssenarilər üçün konsulluq tədbirləri hazırlanıb. Vaxtı çatanda onları həyata keçirəcəyik. İrana gəldikdə isə, tədbirlərimiz artıq hazırlanıb; işçilərimiz, vətəndaşlarımız, nümayəndəliklərimizdəki diplomatlarımız, iş adamlarımız və tələbələrimiz üçün planlar var. Amma ümid edirik ki, İrandakı vəziyyət ən qısa zamanda sakitləşəcək və böyük bir dramın şahidi olmayacağıq”, – deyə Fidan İstanbulda keçirilən mətbuat konfransında bildirib.
İrandan miqrasiya dalğası riski barədə danışan Fidan həmçinin “vəziyyətin bu mərhələyə çatmayacağına” və Türkiyənin bu məsələ ilə məşğul olmayacağına ümid etdiyini bildirib:
“Amma Türkiyə böyük bir ölkədir və onun [qaçqınları qəbul etmə] tarixindən, hətta yaxın keçmişdən də nümunələr görürsünüz. Amma dediyim kimi, ümid edirəm ki, bu məsələdə heç bir tədbir və ya hərəkət tələb olunmayacaq”.
Arzu Paşaqızı