Fidan: Cənubi Qafqazda sabitlik əsas məqsədimizdir

Qərbi Asiya və Asiya-Sakit Okean regionunda silahlanmanın artıb.

turaninsesi.az” Anadolu-ya istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

“Qlobal sistem eyni anda 2 şərti müharibə ilə üzləşir və bunların hamısının qlobal nəticələri var. Qərbi Asiya, Cənubi Qafqaz və Aralıq dənizinin şərqində, eləcə də Qara dənizdə sabitlik əsas məqsədimizdir”, – deyə o, İstanbulda keçirilən “TRT World Forum 2024” tədbirində qeyd edib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, “beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT öz missiyasını yerinə yetirə bilməyib”.

“Heç bir nizam ədalətə əsaslanmadıqca davamlı ola bilməz”, – Fidan əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI