Ficidə 7,2 bal gücündə zəlzələ olub

Sakit okeanın cənubunda yer alan Fici adalarında 7,2 bal gücündə zəlzələ baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qurum zəlzələnin episentrinin Suva şəhərindən 710 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.

İlk araşdırmalara görə, yerin 160 kilometr dərinliyində baş verən 7,2 bal gücündə zəlzələdə can və mal itkisi yoxdur.

Zəlzələdən sonra sunami xəbərdarlığının olmadığı qeyd edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir