Fars körfəzində ABŞ neft tankeri vuruldu

İran ABŞ-yə məxsus neft tankerinə zərbə endirib.

turaninsesi.az ” xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) bununla bağlı bəyanat yayıb.

Qurumun dəniz qüvvələri səhər saatlarında Fars körfəzinin şimal hissəsində yerləşən ABŞ tankerini raketlərlə vurub. Zərbədən sonra gəmi alovlanıb.

“Sepah” vurğulayıb ki, müharibə şəraitində Hörmüz boğazından keçidə nəzarət İran İslam Respublikasına məxsusdur və hər kəs qaydalara riayət etməlidir”.

Arzu Paşaqızı