Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü yenidən səsverməyə çıxarılacaq
Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlük məsələsi sabah yenidən səsverməyə çıxarılacaq.
“Turanın səsi ” xəbər verir ki, qətnamə layihəsinə BMT Baş Assambleyasında baxılacaq və cümə günü səsverməyə çıxarılacaq.
Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır, BMT baş katibini qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırır.
193 üzvdən ibarət BMT Baş Assambleyasının Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləməsi üçün səslərin üçdə ikisi qətnamənin lehinə olmalıdır.
Xatırladaq ki, layihə ötən ay BMT Təhlükəsizlik Şurasının (TŞ) nazirlər səviyyəsində keçirlən iclasda səsverməyə çıxarılıb, lakin ABŞ tərəfindən veto qoyulub.
Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin müraciət BMT TŞ-də yetərli dəstəyi almayıb. Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi açıqlamada təşkilatın baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. Quterreş aprelin 3-də BMT Təhlükəsizlik Şurasına da məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI