Fələstin-İsrail münaqişəsində həlak olmuş jurnalistlərin sayı 46-ya çatıb
İsrail – Fələstin qarşıdurması zamanı öldürülmüş jurnalistlərin sayı 46-ya çatıb.
“Turanın səsi” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, atəş nəticəsində qadın və kişi olmaqla 46 jurnalist və media nümayəndəsi həlak olub.
Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında “ən azı 36 jurnalistin” öldürüldüyünü bildirmişdi.