Əsma Əsəd Britaniya kəşfiyyatına işləyib – İddia
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin arvadı Əsma Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmiş ola bilər.
“turaninsesi.az” Sky News Arabia-ya istinadla xəbər verir ki, bu barədə 90-cı illərin əvvəllərində Əsədin atası Hafizin tələbi ilə kəşfiyyat xidmətlərinin hazırladığı məxfi sənədləri dərc edən suriyalı jurnalist Nizar Nayuf məlumat yayıb.
İddialara görə, Əsədin özü Londonda oxuyarkən təqib olunub.
Hafiz gələcək gəlininə etibar etməyib və onların toyu yalnız keçmiş lidein ölümündən sonra baş tutub.
Bəşər Əsədin həyat yoldaşı Londonda anadan olub və London Universitetinin Kinq Kollecini bitirib. Suriya kəşfiyyat xidmətləri “JPMorgan Bank”da işləyərkən britaniyalı kəşfiyyatçının onu müşayiət etdiyini müəyyən edib.
Bəşər Əsma və anası ilə bahalı otellərdə görüşü zamanı onları Böyük Britaniya kəşfiyyatçıları qoruyub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI