Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb   

Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.

Bu barədə  ” Turanın səsi ” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir