Ermənistanda Rusiya ordusunda xidmət üçün reklamlar yayımlanır

Kreml Rusiyada prezident seçkiləri öncəsi səfərbərlikdən yayınmağa çalışır. Bunun üçün Ukraynaya qarşı müharibəyə əcnəbilər cəlb olunur.

Turanın səsi ” in xəbərinə görə , bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Britaniya kəşfiyyatı qeyd edib ki, iyunun sonunda Ermənistan və Qazaxıstanda Rusiya ordusunda xidmət üçün onlayn reklamlar müşahidə edilib.

Əcnəbilərə 495 min rubl (5140 dollar) ödəniş və 190 min rubldan (1973 dollar) başlayan maaş təklif edilib.

Rusiya 2023-cü ilin may ayından etibarən Mərkəzi Asiya ölkələrindən miqrantları işə götürür, vətəndaşlıq almalarını sürətləndirir və 4 160 ABŞ dollarına qədər pul verilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir