Ermənistanda məmurların iştirakı ilə kütləvi dava olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/ermenistanda-memurlarin-ishtiraki-ile-kutlevi-dava-olub.jpg)
Ermənistanın Ararat rayonunda məmurların iştirakı ilə kütləvi dava olub.
Bu barədə “turanın səsi ” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, kütləvi davada Artaşat icması rəhbərinin müavini, Arevşat icmasının rəhbəri və digər şəxslər iştirak ediblər. Ümumilikdə 7 nəfərin iştirak etdiyi dava ilə bağlı bağlı araşdırma aparılır.
Fakt üzrə materiallar İstintaq Komitəsinin Ararat vilayət üzrə idarəsinə göndərilib.