Ermənistanda 44 günlük müharibədən yayınan yüksək rütbəli zabit həbs olunub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230116_122736.jpg)
44 günlük müharibə zamanı özünü xəstəliyə vuraraq döyüşdə iştirakdan yayınmış Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin müavini polkovnik həbs edilib.
“Turanın səsi ” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hərbi İstintaq İdarəsinin baş hərbi istintaq şöbəsi tərəfindən aparılan ibtidai istintaq və genişmiqyaslı istintaq-əməliyyat tədbirləri nəticəsində faktlar əldə edilib. Həmin faktlara əsasən, N saylı hərbi hissənin komandir müavini polkovnik M. 2020-ci il oktyabrın 10-dan noyabrın 3-dək xəstəlik bəhanəsi ilə döyüşə getməkdən yayınıb.
Məlumata görə, polkovnik stasionar müalicə tələb olunmadığı halda 23 gün tibb müəssisəsində yataraq xidməti vəzifələrini yerinə yetirməkdən müvəqqəti olaraq kənarlaşdırılıb.