Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair qanunu təsdiqlədi

Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.

Qanunun təşəbbüskarı 2 ay ərzində 60 min imza toplaya bilmiş (qanunla tələb olunan 50 min imza ilə) “Demokratik Qüvvələrin Platforması” vətəndaş təşəbbüsüdür. Bu imzalar layihənin baxılmaq üçün Milli Məclisə təqdim edilməsi üçün lazım idi.

2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI