Ermənipərəst senator ABŞ kəşfiyyatının rəhbəri olacaq

0

Donald Tramp Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin etmək qərarına gəlib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Trampın keçid komandası bəyanat yayıb.

Bəyanatda deyilir ki, keçmiş konqresmen polkovnik-leytenant Tulsi Qabbard həm Respublikaçılar, həm də Demokratlar partiyalarından geniş dəstəyə malikdir.

“Bilirəm ki, Tulsi bizim konstitusiya hüquqlarımızı müdafiə edərək və güc vasitəsilə sülhü təmin edərək, onun görkəmli karyerasını müəyyən edən qorxmaz ruhu kəşfiyyat cəmiyyətimizə gətirəcək. Tulsi hamımızı qürurlandıracaq!” – Tramp dedi.

Qabbard ABŞ-ın erməni strukturları ilə çox yaxın münasibətlər saxlayır. 2017-ci ildə o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi Forum çərçivəsində Ermənistana və Dağlıq Qarabağa səfər edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir