Erməniləri böyük faciə gözləyir – RUSİYALI POLKOVNİKDƏN xəbərdarlıq

“Zəngəzur dəhlizi ABŞ və NATO-nun çoxdankı arzusudur”.

turaninsezi.az ” xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranets deyib.

“Onlar istəyirlər ki, keçmiş sovet ölkələrini idarə etsinlər, lakin biz buna Çinlə mane oluruq, çünki başqa yol layihəmiz var. Kim bundan iştirak etmək istəyirsə, qoy etsin. Hazırda Mərkəzi Asiyaya nəzarət uğrunda ciddi mübarizə gedir”, – o bildirib.

Baranets ABŞ-ın əsas məqsədinin Ermənistanda Rusiyanın nəzarətinə son qoymaq olduğunu söyləyib:

“Paşinyan hazırda KTMT-dən çıxmaq kursu götürüb. Mən sizinlə diplomatik dillə danışmayacam. Ermənistan özü Rusiyadan ayrılır. Erməni xalqı Rusiyadan üz çevirmir, bunu edən rəhbərlikdir, onu isə ABŞ məcbur edir. Rusiyadan uzaqlaşma ABŞ-ın qızıl arzusudur. Bir sözlə, Moskva və Vaşinqton arasında Ermənistan uğrunda böyük mübarizə gedir.

Hazırda ABŞ ciddi inkişaf edib. Ermənistandan getmək isə bizə böyük bədbəxtliklər vəd edir. Başa düşürsünüz ki, əvvəl-axır amerikalılar Paşinyandan bizim hərbi bazamızı çıxarmasını istəyəcəklər?! Bəs bundan sonra nə olacaq? Mən aydın görürəm ki, İrəvan və Moskva münasibətləri bu ssenari üzrə inkişaf etsə, erməni xalqını böyük tarixi faciə gözləyir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir