Erməni general axtarışa verildi
İkinci Qarabağ müharibəsi dövründə 18-ci atıcı diviziyasının komandiri olmuş general-mayor Karen Arustamyan axtarışa verilib.
“turaninsesi.az” xəbər verir ki, ona qarşı xidməti səlahiyyətlərinin icrası zamanı səhlənkarlıq maddəsilə cinayət işi açılıb.
Arustamyan vaxtilə Qarabağda separatçıların nəzarətində fəaliyyət göstərən “N” saylı hərbi hissənin 72 nəfərlik şəxsi heyətini öz tabeçiliyinə qəbul etməkdən qanunsuz olaraq boyun qaçırmaqda ittiham edilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI