Erməni deputat xalqı inqilaba çağırıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230507_025601.jpg)
Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb.
Bu barədə ” turanın səsi ” yerli mətbuata istinadən xəbər verir.
“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, – “Ermənistan” fraksiyasından olan deputat deyib.
Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.
O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Deputatın fikrincə, xalq yalnız o adamları seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır.
“Ona görə də bu hüquqdan istifadə etmək üçün ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, – o, fikirlərini yekunlaşdırıb.