Ərdoğanın “son döyüşü”: Qalib gələ biləcəkmi?

Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi analitiklər bu kampaniyanın prezident Rəcəb Tayyib Ərdoğanın “son döyüşü” kimi qiymətləndirirlər. Görəsən, Ərdoğan əvvəllər olduğu kimi bu “döyüş”də də qalib gələ biləcəkmi? 

“Turanın səsi ” xəbərinə görə , Mövzu ilə bağlı danışan “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoy bildirib ki, ümumən bu seçkilərdə də Cumhur İttifaqı uğur qazanacaq:

“Bələdiyyə seçkilərini digər seçkilərdən fərqləndirən bir neçə parametr var. Aydındır ki, prezident seçkilərində kimin seçilib-seçilməməsi üzərindən müzakirə olunur. Parlament seçkilərində ən çox səs alan və ən çox millət vəkili çıxaran partiyanın qiymətləndirməsi edilir. Burada isə 3 parametr var. Bunlardan birincisi vilayət məclisi, ikincisi bələdiyyə məclisi, üçüncüsü isə bələdiyyə sədrləridir. Türkiyə çapında ümumi səslərin neçə faizini alınması əsasında formalaşan vilayət məclisi var ki, bu şəhərlərin idarə olunmasında belə desək, parlament rolunu oynayır. Burada görünən nəticə odur ki, Cumhur İttifaqı yenə uğur qazanaacq. Yəni Ağ Partiyanın birinci olacağı təxmin edilir”.  

Politoloq seçkilərdə əsas nəticənin İstanbulla bağlı olacağını diqqətə çatdırıb: 

“İkinci parametr olan bələdiyyə məclislərində şəhərlərin balansına uyğun bir istiqamət var. Ona görə də hansı partiya udacaq və ya uduzacaq demək mümkün deyil. Çünki hər şəhərin balansı ayrıdır. Məsələn, ötən seçkilərdə baxmayaraq ki, İstanbulda Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu qalib gəlmişdi, ancaq bələdiyyə məclisində üstünlük Cumhur İttifaqında idi. Ona görə də bəzi önəmli layihələrin keçirilməsi mümkün olmadı. Bu dəfə bələdiyyə seçkilərinin əsas fokuslandığı 3 şəhər var. Bunlar müvafiq olaraq, İstanbul, Ankara və İzmirdir. Hətta son kampaniyada İstanbul bütün seçkiyə damğasını vuracaq şəkildə önə çıxıb. İstanbulun taleyi demək olar ki, artıq ümumi seçkilərin nəticəsi üst-üstə düşür. Bu seçkilərdə İzmirdə Ağ Partiyanın uğurlu kampaniyası olsa da, ehtimal olunur ki, CHP qalib gələcək.  Ankarada isə Mansur Yavaşın qələbə qazanacağı düşünülür. İstanbulda isə vəziyyət hələki neytraldır. Bəzi mənbələr müəyyən fərqlərlə Əkrəm İmamoğlunun, bəziləri isə Murat Kurumun öndə olduğunu qeyd edir. Burada həmçinin digər namizədlərin mövqeyi də olduqca əhəmiyyətli olacaq”. 

Nazim Hacıyev 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir