Ərdoğandan xəbərdarlıq: “Bunun əvəzini hamı ödəyəcək”

“Bölgədəki toqquşmalar dayanmır və yanlış hesablamalar, səhv qiymətləndirmələr nəticəsində region yenidən qan və barıt qoxusu ilə örtülüb”.

turaninsesi.az ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrup toplantısında bəyan edib.

O vurğulayıb ki, dünya neft istehsal müəssisələri, su və enerji infrastrukturunun hədəfə alındığına, insanların cəzalandırılmasına şahid olur.

Ərdoğan qeyd edib ki, bu hücumlar qlobal iqtisadiyyata ciddi təzyiq yaradır: “Bütün dünya bu hücumların əvəzini ödəməyə hazır olmalıdır”.

Arzu Paşaqızı