Ərdoğandan təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.

turaninsesi.az ” xəbər verir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağına ümid etdiyini bildirib:

“Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.

Arzu Paşaqızı