Ərdoğandan baş verən zəlzələlərlə bağlı İLK AÇIQLAMA

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğandan İstanbulda baş verən silsilə zəlzələlərlə bağlı ilk açıqlama gəlib. 

turaninsesi.az” xəbər verir ki, Ərdoğan digər rəsmilərlə birlikdə hadisələri izlədiklərini bildirib. 

“Millətimizə keçmiş olsun” -deyə Ərdoğan bildirib.

***

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu baş verən zəlzələ ilə bağlı ilkin açıqlama verib.

 “İlkin yoxlamalarımızda magistral yollarımızda, hava limanlarımızda, qatarlarımızda və metrolarımızda heç bir ziyan və ya mənfi hal aşkar edilmədi” –deyə nazir bildirib.

Uraloğlu, komandaların ərazidə analoji işlərinin davam etdiyini də deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI