Ərdoğan və Zelenski qapalı görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, danışıqlar başlamazdan əvvəl Ərdoğan ukraynalı həmkarını prezident kompleksinin girişində qarşılayıb.
Hər iki ölkənin prezidentləri Türkiyə və Ukraynanın dövlət bayraqları fonunda xatirə şəkli çəkdiriblər.
Görüş bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, bu gün Rusiya-Amerika danışıqları Səudiyyə Ərəbistanında baş tutub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI