Ərdoğan və Mişel Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü ilə bağlı addımları müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ankaranın Aİ-yə tamhüquqlu üzvlüyü üçün lazım olan addımları müzakirə ediblər.

Turanın səsi ” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hindistanda görüş zamanı Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.

Qeyd edək ki, iyulda Vilnüsdə keçirilən NATO sammitində Türkiyə Avropa İttifaqı ilə danışıqlar prosesində maneələrin aradan qaldırılması, gömrük ittifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və viza rejiminin liberallaşdırılması müqabilində İsveçin alyansa daxil olmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir