Ərdoğan səlahiyyətlərini bu şəxsə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə R.T.Ərdoğan sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçiriləcək. R.T.Ərdoğan toplantıya qatılmaq üçün Azərbaycana səfər edəcək.
“Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq ölkədə olmadığım müddətdə prezidentin səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək”, – sərəncamda bildirilib.
Arzu Paşaqızı