Ərdoğan: Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı hədəfləyirik
Ankara və Moskvanın məqsədi 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 55 milyard dollardır: “Rusiya və Türkiyənin məqsədi ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasıdır və buna nail olacağımıza inanırıq”.