Ərdoğan Putinə “əziz dost” dedi
Rəcəb Tayyib Ərdoğan rusiyalı vəzifədaşı Vladimir Putini tezliklə ölkəsində görəcəyini gözləyir.
“turaninsesi.az” xəbər verir ki, iki liderin Çində keçirilən görüşündə Türkiyə prezidenti tərəf müqabilinə “əziz dost” deyə müraciət edib.
Ərdoğan Putinə ölkəyə səfərlə bağlı hazırkı dəvəti xatırladıb:
“Bu qüvvədədir və sizi tezliklə ölkəmizdə görmək istərdik”, – Türkiyə lideri bildirib.
O qeyd edib: “Biz etimadlı əlaqələr qurmuşuq. Münasibətlərimiz fürsətçi məsələlərin təsirinə düşmədən inkişaf edir”.
Ərdoğanın sözlərinə görə, texniki danışıqlar müsbət istiqamətdə davam edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI