Ərdoğan: İraqda terror bataqlığı quruyana qədər mübarizə aparacağıq

0

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda İraqa 13 ildən sonra baş tutan səfərini şərh edərkən deyib.

“İraq PKK-nı qadağan olunmuş təşkilat elan edib. PKK-nın terror təşkilatı elan edilməsini gözləyirik. Terror bəlası İraq üçün də böyük təhlükədir. PKK İraq və Suriyada özünə yer tapdıqca özümüzü təhlükəsiz hiss edə bilmərik”, – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, yaxın günlərdə İraq və Suriyadakı əməliyyatlar nəticəsində manevr məkanı daralmış terror təşkilatı zərərsizləşdiriləcək.

Ərdoğan İŞİD-lə mübarizənin də uğurla aparıldığını söyləyib: “İŞİD bəlası Türkiyə üçün olduğu qədər İraq üçün də təhlükədir. Türkiyə Afrikadakı qardaşlarına İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə ən böyük dəstəyi verən ölkədir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir