Ərdoğan: Bəşər Əsədə dedik ki…
“Biz Əsədə çağırış etdik. “Suriyanın gələcəyini birlikdə müəyyənləşdirək”, – dedik. Lakin müsbət cavab almadıq”.
“turaninsesi.az” CNN Türk-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra gündəmlə bağlı danışarkən deyib.
O bildirib: “İdlib, Həma, Hums və hədəf təbii ki, Şamdır. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək. Terror təşkilatlarına qarşı müqavimət davam edərkən biz Əsədə çağırış etdik. “Suriyanın gələcəyini birlikdə müəyyələşdirək”, – dedik. Lakin müsbət cavab almadıq”.
Ərdoğan əlavə edib: “Bunları ürəyimiz istəmir. Dünən Livan baş nazirindən görüş istəyi gəlib. İnşallah görüşərik. Livan çox çətin vəziyyətdədir. Hər yer dağıdılıb. Yardım üçün müraciətlər var. Dünyanın susduğu dövrdə yardımlarımızı davam etdirəcəyik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI