Ərdoğan AKP və hökumətdə dəyişiklik edəcək

Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində məğlub olduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının kabinəsi və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.

Turanın səsi ” “Hürriyet”ə istinadla xəbər verir ki, Ərdoğan Çərşənbə axşamı AKP rəhbərliyi ilə görüş keçirib.

Türkiyə lideri bir qədər əvvəl partiyanın yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilməyəcəyini, nəticələrin təhlil ediləcəyini bildirib.

“Bundan başqa, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı dəyişikliklər də gecikmədən baş verməlidir. Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər”, – deyə hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yazıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir