Əraqçi: Danışıqlara yer yoxdur

“Sionist rejimin təcavüzü davam etdiyi bir şəraitdə amerikalılar danışıqlar istəyir”.

turaninsesi.az” farsnews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O əlavə edib: “Bir neçə dəfə mesaj göndəriblər, lakin açıq şəkildə demişik ki, təcavüz dayanmayan qədər dialoqa yer yoxdur. Bu cinayətin ortağı kimi Amerika ilə heç bir danışıqlarımız ola bilməz.

Xatırladaq ki, “Reuter” Omanın vasitəçilyi ilə ABŞ və İran arasında birbaşa danışıqlar getdiyini iddia etmişdi.